“Deyir ki, Amerikaya gedirsən, biletləri ver də mənə” - VİDEO

 10:34 16.02.2026     319

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev ABŞ-nin “Kolambus Kru” klubuna transfer olunan komanda yoldaşı Nəriman Axundzadə ilə zarafatlaşıb.

Redaktor.az xəbər verir ki, qolkiper 22 yaşlı forvarddan ona “Amerikano” gətirməsini istəyib.

Nəriman onun bu zarafatına gülərək cavab verib. Daha sonra Şahruddinə komandanın adminstratorunun ondan bilet istədiyini bildirib: “Bu nə danışır, deyir ki, Amerikaya gedirsən, biletləri ver də mənə”.

Ş.Məhəmmədəliyev bu görüntüləri “hər kəsə bilet lazımdır” başlığı ilə sosial şəbəkə hesabında paylaşıb. 

Həmin görüntüləri təqdim edirik:

 

Vumart və Güvən reklamı Vumart Güvən