"Qarabağ" - "Nyukasl" matçına bilet qalıb?

 13:15 17.02.2026     389

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda baş tutacaq "Qarabağ" - "Nyukasl" (İngiltərə) matçına 27 500 bilet satılıb.

Bu barədə Redaktor.az-a Ağdam təmsilçisindən bildirilib.

Qeyd edək ki, görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Xatırladaq ki, sözügedən stadionda tamaşaçı tutumu 31 200 nəfərdir.

Vumart və Güvən reklamı Vumart Güvən