Sabah Nərimanı kim əvəz edəcək? - Qurban Qurbanov açıqladı

 19:00 17.02.2026     508

“Nərimanın əvəzinə başqa oyunçu olmayacaq”.

Redaktor.az xəbər verir ki, bunu “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la baş tutacaq oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.

O, jurnalistin “Nəriman Axundzadə siyahıda yoxdur, əlavə kimisə sifariş etmək olar?” sualına belə cavab verib:

“Xeyr, bu oyunda olmayacaq. Əfsuslar olsun ki, onun əvəzinə heç kimi əlavə edə bilmərik. Yalnız akademiyadan hansısa gənc oyunçunu əlavə edə bilərik. Ona görə də Nərimanın əvəzinə başqa oyunçu olmayacaq”.

Vumart və Güvən reklamı Vumart Güvən