"Yuventus"un futbolçusu irqçi hücumlara məruz QALDI

 23:51 18.02.2026     370

"Yuventus"un futbolçusu Lloyd Kelli "Qalatasaray"la oyundan sonra azarkeşlərin irqçi hücumlarına məruz qaldığını iddia edib.

Redaktor.az xəbər verir ki, bu barədə Kelli sosial media hesabında yazıb.

"İdmanda tənqid ömürlük bir prosesdir. Mən bunu həmişə qəbul etmişəm. Hər kəsin öz fikrini bildirmək hüququ var, amma sözlərin və əməllərin əvəzi olmalıdır".

Problem "Yuventus"un "Qalatasaray"a 2:5 hesabı ilə məğlub olmasından sonra yaranıb. Sevimli komandalarının məğlubiyyətinə dözməyən azarkeşlər Kelliyə qarşı irqçi ifadələr işlədiblər.

Vumart və Güvən reklamı Vumart Güvən