"Oyunun ən faciəvi hissəsi komanda uduzanda Toral Bayramovun gülməsi idi" - AÇIQLAMA
Ötən gecə UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşmada 1:6 hesabı ilə uduzub.
İdman jurnalisti Ağa Dadaşzadə Redaktor.az-a açıqlamasında bildirdi ki, hesabın 1:6 olacağını gözləməyib:

"Bir az aşağı hesab gözləyirdim. "Nyukasl" möhtəşəm, sürətli, amansız futbol oynadı, bunu danmaq olmaz. Amma Qurban Qurbanovun taktika seçimi də yanlış idi. İkinci hissədə taktik dəyişiklik oldu, Bədavi Hüseynov oyuna girdi, beşli müdafiəyə keçdilər, kaş ki, bu, birinci hissədən belə olaydı. Bəlkə də nəticə bir başqa cür olardı. Amma ümumi götürəndə rəqibin peşəkarlığı göz önündə idi. "Qarabağ" demək olar ki, birinci hissə ciddi bir hücum edə bilmədi. Amma ikinci hissədə nisbətən oyunu öz əlimizə aldıq. Burada ən faciəvi məsələ isə komanda 4-0, 5-0 uduzan vaxtda Toral Bayramovun ehtiyat oyunçular skamyasında əyləşib gülməsi idi. Oyunun ən faciəvi hissəsi bu idi".
Aytəkin TOFİQQIZI













