Sabiq “Barselona”lı Nərimanın komanda yoldaşı OLDU

 10:37 20.02.2026     261

Azərbaycan yığmasının üzvü Nəriman Axundzadənin çıxış edəcəyi ABŞ-ın “Kolambus Kru” klubu yeni transfer edib.

Redaktor.az xəbər verir ki, komanda “Barselona”nın sabiq futbolçusu Andre Qomeşi heyətinə qatıb. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Onunla növbəti ilin sonuna qədər müqavilə imzalanıb. 

Qeyd edək ki, Andre Qomeş “Benfika”, “Valensiya”, “Barselona”, “Everton” və “Lill” kimi klublarda çıxış edib. 

Vumart və Güvən reklamı Vumart Güvən