Polşada çıxış etmiş futbolçu "İmişli"yə transfer olundu

 13:18 20.02.2026     269

"İmişli" klubu heyətinə yeni futbolçu cəlb edib.

Redaktor.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 25 yaşlı yarımmüdafiəçi Orxan Fərəcovla müqavilə imzalanıb.

O.Fərəcov karyerası ərzində "Şamaxı-2", "Keşlə", "Səbail" klublarının uğurları üçün çalışıb. Legioner həyatı da yaşayan yarımmüdafiəçi Polşanın "KS CK Troszyn" və "Narew Ostrołęka" kollektivlərində çıxış edib.

Qeyd edək ki, futbolçunun son klubları "Baku Sportinq" və "Şahdağ" olub.

Polşada çıxış etmiş futbolçu İmişliyə transfer olundu

Vumart və Güvən reklamı Vumart Güvən