Dumana görə təxirə salınan matç bu gün keçiriləcək

 09:58 24.02.2026     376

Misli Premyer Liqasında XIV turdan təxirə salınan oyun bu gün keçiriləcək.

Redaktor.az xəbər verir ki, “Turan Tovuz” komandası “Qəbələ”nin qonağı olacaq.

Qarşılaşma saat 15:00-da start götürəcək.

Tovuz klubu 37 xalla 3-cü, meydan sahibləri 15 xalla 10-cu sıradadır.

Qeyd edək ki, ötən ilin dekabrında keçirilən oyun Qəbələdəki duman səbəbindən yarımçıq dayandırılmışdı.

Vumart və Güvən reklamı Vumart Güvən