"Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı

 01:55 25.02.2026     346

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl" (İngiltərə) və "Qarabağ" komandaları arasında cavab oyunu keçirilib. 

Redaktor.az xəbər verir ki, "Sent-Ceyms Park" stadionundakı oyun ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. 

"Qarabağ"ın qollarını Kamilo Duran və Elvin Cəfərquliyev vurublar. 

İki oyunun nəticəsinə görə (9:3) "Nyukasl" Çempionlar Liqasının 1/8 mərhələsinə vəsiqə qazanıb. 

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən