“Qarabağ” bu futbolçu ilə yollarını AYIRACAQ

 16:45 25.02.2026     481

“Qarabağ” daha bir futbolçusu ilə vidalaşmağa hazırlaşır.

Redaktor.az saytının əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi Emmanuel Addai ilə yollarını ayıracaq.

“Qarabağ” mövsümün sonunda müqaviləsi başa çatacaq qanalı vingerlə yeni sözləşmə ilə bağlı razılığa gələ bilmir.

“Köhlən atlar” 24 yaşlı futbolçunu komandada saxlamaq niyyətindədir. Lakin o, azad agent kimi “Qarabağ”dan ayrılmaq istəyir. Buna səbəb Addainin Avropa klublarından aldığı təkliflərdir.

Qeyd edək ki, Addai 2024-cü ilin yayında İspaniyanın “Alkorkon” klubundan transfer olunub. Emmanuel bu mövsüm “Qarabağ”ın heyətində bütün turnirlər daxil olmaqla 36 rəsmi matçda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Vumart və Güvən reklamı Vumart Güvən