"Tiaqo məni zədələyəcəyinə söz vermişdi" - Neymar

 19:00 27.02.2026     253

"Santos" klubunun ulduz hücumçusu Neymar Braziliya çempionatının dördüncü turu çərçivəsində baş tutan və komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmada "Vasko da Qama"nın yarımmüdafiəçisi Tiaqo Mendeslə yaşadığı gərginlik barədə açıqlama verib.

Redaktor.az-ın"Liberta Depte" nəşrinə istinadən verdiyi məlumata görə, braziliyalı futbolçu rəqib oyunçu haqqında fikirlərini bölüşüb.

"O, hər zaman gərginlik yaratmağa cəhd edir. Vaxtilə, PSJ-də çıxış edərkən məni zədələmişdi və bu gün də eyni hərəkəti təkrarlayacağına söz vermişdi. Görək, məni yenidən sıradan çıxarmağa cəsarəti çatarmı?" - deyə Neymar bildirib.

Qeyd edək ki, "Vasko da Qama" ilə keçirilən görüşdə Neymar rəqib qapısından iki top keçirərək dubl müəllifi olub.

Xatırladaq ki, Neymar 2025-ci ildən etibarən "Santos"un şərəfini qoruyur. Təcrübəli forvardın hazırkı klubu ilə müqavilə müddəti 2026-cı ilin dekabr ayına qədər nəzərdə tutulub.

Vumart və Güvən reklamı Vumart Güvən