Paralimpiya Oyunlarında oğurluq

 18:46 05.03.2026     336

İtaliyada keçirilən Paralimpiya Oyunlarında stadiondan əlil arabası ilə körlinq yarışları üçün nəzərdə tutulan iki qranit daş oğurlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Qeyd edək ki, qarışıq cütlüklərin körlinq yarışı artıq başlayıb. Təşkilatçılar oğurlanan daşların əvəzinə ehtiyat daşlardan istifadə ediblər.

Xəbərə görə faktla bağlı İtaliyada araşdırmalara başlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən