"Ayaks"ın yeni baş məşqçisinin adı AÇIQLANDI

 10:49 09.03.2026     396

"Ayaks" futbol klubunun yeni baş məşqçisinin adı açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, gənclər komandasına rəhbərlik etmiş Oskar Qarsiya bu postda Fred Qrimi əvəzləyib. Fred Qrim isə akademiyadakı işinə geri dönüb.

52 yaşlı ispaniyalı mütəxəssislə müqavilənin təfərrüatı açıqlanmayıb.

Qeyd edək ki, 2025-ci ilin noyabr ayında Con Heytinqanın ayrılmasından sonra müvəqqəti olaraq "Ayaks"ın baş məşqçisi funksiyasını Fred Qrim həyata keçirib.

2
Vumart və Güvən reklamı Vumart Güvən