Misli Premyer Liqası: Lider "Sabah" "İmişli"ni darmadağın etdi

 17:37 14.03.2026     356

Misli Premyer Liqasının XXIV turunun açılış oyununda "İmişli" klubu "Sabah"ı qəbul edib.

Redaktor.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan görüş Bakı təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

"Sabah"ın qollarını 10-cu dəqiqədə Stiv Solvet, 15-ci (p) və 35-ci dəqiqələrdə Coy-Lens Mikels, 49-cu dəqiqədə Kahim Parris, 73-cü dəqiqədə Aleksey İsayev (p) vurublar.

Bununla da "Sabah" xallarının sayını 59-a çatdıraraq liderliyini möhkəmlədib. "İmişli" isə 22 xalla doqquzuncudur.

Qeyd edək ki, günün ikinci matçında "Zirə" klubu "Qarabağ"ı qəbul edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən