Daha bir güləşçimiz Avropa çempionu oldu

 23:25 15.03.2026     313

Azərbaycanın yunan-Roma güləşçisi Elmin Əliyev Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Redaktor.az xəbər verir ki, 82 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda gürcüstanlı Tornike Mikeladze ilə qarşılaşıb və rəqibini 3:2 hesabı ilə məğlub edib.

Bununla da Elmin Əliyev Avropa çempionu olub.

Vumart və Güvən reklamı Vumart Güvən