İranlı qadın futbolçular Avstraliyadan ölkələrinə qayıtdılar

 18:55 18.03.2026     407

İranlı qadın futbolçular ölkələrinə qayıdıblar.

Redaktor.az xəbər verir ki, İran mediasında onların gəlişi ilə bağlı videogörüntülər yayılıb.

Qeyd edək ki, Avstraliyada Asiya Kuboku oyunlarında iştirak edən iranlı qadınlardan 7 nəfər sığınacaq istəyib. Daha sonra onlardan 5 nəfər, o cümlədən komandanın kapitanı Zəhra Qənbəri fikirlərini dəyişib və İrana qayıtmaq qərarına gəlib.

Sabah onların rəsmi qarşılanma mərasimi keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən