Ronaldo milliyə çağırılmadı - SƏBƏB

 11:18 21.03.2026     326

"Əl Nəsr"in ulduzu Kriştianu Ronaldo Portuqaliya milli futbol komandasına çağırılmayıb.

Redaktor.az xəbər verir ki, Ronaldonun yoxluğunda Qonçalo Quedes 2022-ci ildən sonra ilk dəfə milliyə dəvət alıb.

Qeyd edək ki, Ronaldo son həftələrdə aldığı bud əzələsi zədəsi səbəbindən Meksika və ABŞ-yə qarşı keçiriləcək yoldaşlıq oyunlarını buraxacaq.

Komandanın baş məşqçisi Roberto Martinez isə futbolçunun vəziyyətinin ciddi olmadığını bildirib və onun dünya çempionatına qədər hazır olacağını qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən