“Üçüncü pillənin sahibi kimi danışmaq tezdir” - Berdıyev

 20:26 21.03.2026     385

Bu gün Misli Premyer Liqasında 25-ci tura yekun vurulub. Son matçda “Turan Tovuz” “Qəbələ” önünə çıxıb. Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Redaktor.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev matç haqda fikirlərini bildirib:

“Çətin oyun oldu. Yaxşı başlamışdıq oyuna. İlk hissənin ikinci periodundan etibarən üstünlüyü rəqibə tərəf verdik. Lakin 2-ci hissədə üstünlüyü ələ keçirərək qələbə qazandıq. Üçüncü pillənin sahibi kimi danışmaq tezdir. Qarşıda matçlarımız var”.

Vumart və Güvən reklamı Vumart Güvən