Messi Peleni geridə qoydu

 08:02 23.03.2026     458

Argentinalı futbolçu Lionel Messi bazar günü keçirilən Böyük Liqa Futbol (MLS) turnirinin NYC - "İnter Mayami" matçında vurduğu qolla cərimə zərbələrindən vurulan qolların sayına görə Braziliya əfsanəsi Peleni geridə qoyub. 

Redaktor.az xəbər verir ki, Messi ikinci hissənin 61-ci dəqiqəsində cərimə zərbəsi üçün irəli çıxıb və zərbəni dəqiq yerinə yetirərək "İnter Mayami"nin bərabərlik qolunu vurub. 

Bu, Messinin cərimə zərbəsindən vurduğu 71-ci qol olub. Argentinalı bununla həmçinin karyerasında 901-ci qola imza atıb. 

Qeyd edək ki, matç "İnter Mayami"nin 2:3 hesablı qələbəsi ilə başa çatıb. 

Kişi futbolunda cərimə zərbələrindən vurulan ən çox qol:

1. Juninyo Pernambukano - 77 - Braziliya
2. Lionel Messi - 71 - Argentina
3. Pele - 70 - Braziliya
4. Ronaldinyo - 66 - Braziliya
5. Victor Legrotaglie - 66 - Argentina

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən