Türkiyə Rumıniyaya qalib gəldi - Pley-off finalına vəsiqə QAZANDI

 23:10 26.03.2026     690

Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin ilk qarşılaşması keçirilib.

Redaktor.az xəbər verir ki, C yolunda Türkiyə millisi İstanbulda Rumıniya ilə üz-üzə gəlib.

"Beşiktaş Park" stadionunda keçirilən qarşılaşmada Türkiyə milisi Rumıniyanı 1:0 hesabı ilə məğlub edib. Matçın qalibiyyət qolunu 53-cü dəqiqədə Ferdi Kadıoğlu atıb.

Qeyd edək ki, yarımfinal və final mərhələsi bir oyundan ibarətdir. Həlledici görüşlər martın 31-də baş tutacaq.

Vumart və Güvən reklamı Vumart Güvən