"Fənərbaxça"nın prezidenti Sadettin Saran yol qəzasına DÜŞDÜ

 19:18 31.03.2026     409

"Fənərbaxça"nın prezidenti Sadettin Saran yol qəzasına düşüb.

Redaktor.az Anadolu Agentliyi-nə istinadən xəbər verir ki, hadisə İstanbulda baş verib.

Klub rəhbəri evindən stadiona gedərkən qəzaya uğrayıb. Saran heç bir xəsarət almayıb.

Onun sürücüsünün isə yüngül xəsarət aldığı bildirilir.

Qeyd edək ki, Saran ötən ilin sentyabrında "Fənərbaxça"nın prezidenti vəzifəsinə seçilib.

Vumart və Güvən reklamı Vumart Güvən