Minifutbol üzrə Azərbaycan çempionatında üçüncü yerin sahibi MÜƏYYƏNLƏŞDİ

 20:21 03.04.2026     255

Minifutbol üzrə Azərbaycan çempionatında üçüncü yeri tutan komanda bəlli olub.

Redaktor.az xəbər verir ki, bürünc medal uğrunda oyunda "Aznur" "Sumqayıt"la üz-üzə gəlib.

Bakı Tennis Akademiyasındakı qarşılaşmada "Aznur" 6:4 hesablı qələbəyə sevinib.

Saat 20:30-da eyni arenada Azərbaycan çempionatının final matçı baş tutacaq. Həlledici görüşdə "Zirə" "Birbaşa Bakı" ilə qarşılaşacaq.

Vumart və Güvən reklamı Vumart Güvən