İspaniya Kubokunun qalibi müəyyənləşdi

 11:14 19.04.2026     242

İspaniya Kubokunun qalibi müəyyənləşib.

Redaktor.az xəbər verir ki, həlledici görüşdə Real Sosyedad və Atletiko Madrid komandaları üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmanın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. Bu mərhələdə daha dəqiq oynayan “Sosyedad” rəqibini üstələyərək kubokun sahibi olub.

Qeyd edək ki, komanda tarixində 4-cü dəfə bu kuboku qazanıb.

Vumart və Güvən reklamı Vumart Güvən