Simeone “Çelsi”nin baş məşqçisi ola bilər

 18:27 20.04.2026     265

İngiltərənin "Çelsi" klubu baş məşqçi postuna "Atletiko Madrid"i (İspaniya) çalışdıran Dieqo Simeoneni gətirmək istəyir.

Redaktor.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, London təmsilçisinin rəhbərliyi hazırkı mütəxəssis Liam Rosenyorun işindən razı deyil.

“Çelsi” son dörd Premyer Liqa oyununda qol vurmadan məğlub olub. Komanda hazırda 48 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən "Atletiko Madrid"ə başçılıq edir.

Vumart və Güvən reklamı Vumart Güvən