“Qarabağ”ın uğursuzluqlarının səbəbi nədir? - Aslan Kərimov DANIŞDI

 20:04 21.04.2026     451

""Qarabağ"ın hazırkı vəziyyətində bəzi komandalara qalib gələ bilməməsinin səbəbləri var. Əsas amillərdən biri də transfer siyasətində qarşılaşdıqları çətinliklərdir. Komanda güclənmək və heyəti balansda saxlamaq üçün istədiyi oyunçuları heyətə cəlb edə bilmədi".

Bu fikirləri Redaktor.az-a açıqlamasında AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov bildirdi.

Onun sözlərinə görə, empionlar Liqası kimi yüksək səviyyəli turnirdə üç gündən bir oyun keçirmək fiziki baxımdan böyük gərginlik yaradır:

"Bu səbəbdən komanda rəhbərliyi aparıcı oyunçulara istirahət vermək məqsədilə daxili çempionatda rotasiyalara əl ataraq fərqli heyətlərlə çıxış etməli oldu. Lakin yeni transferlərin komandaya adaptasiya prosesi uğurlu alınmadı, nəticədə "Şamaxı", "Kəpəz" və "Sabah" kimi rəqiblərlə oyunlarda önəmli xal itkiləri yaşandı".

Ekspert əlavə etdi ki, məsələ təkcə "Qarabağ"ın çətinlikləri ilə bağlı deyil.

""Sabah" klubu öz balansını qorumağı bacardı və xüsusilə qış fasiləsindən sonra daha məhsuldar oyun nümayiş etdirərək ard-arda qollar vurmağa başladı. Onlar zədəli oyunçuları keyfiyyətli əvəzedicilərlə əvəz edərək, müdafiə və hücum xətti arasındakı balansı uğurla tənzimlədilər. Bu üstünlüklər "Sabah"ın "Qarabağ"la qarşılaşmalarda da qalib gəlməsinə şərait yaratdı. Yekun olaraq, "Qarabağ"ın hər iki cəbhədə mübarizə aparmaqdan doğan yorğunluğu və "Sabah"ın güclənən performansı turnir cədvəlindəki vəziyyəti dəyişdi. "Sabah" layiqli mübarizə ilə çempionatın liderinə çevrildi və hesab edirəm ki, onlar bu mövqeyi əldən verməyərək mövsümü birinci pillədə başa vuracaqlar", - deyə müsahibimiz bildirdi. 

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən