"Zirə" Azərbaycan Kubokunda finala yüksələn ilk komanda OLDU

 21:08 21.04.2026     234

Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.

Redaktor.az xəbər verir ki, yarımfinalın cavab oyununda "Turan Tovuz"la qarşılaşan "Zirə" cütün qalibi olub.

Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşdə hesab açılmayıb. Lakin ilk qarşılaşmada "qartallar" 2 cavabsız qolla qələbə qazandığı üçün həlledici mərhələyə yüksələn tərəf olublar.

Xatırladaq ki, yarımfinal mərhələsinin digər cavab matçı aprelin 22-də keçiriləcək. "Sabah" "Qarabağ"ı (ilk oyun - 2:2) qəbul edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən