“Konyaspor” “Beşiktaş”ı məğlub edərək finala ÇIXDI

 00:00 06.05.2026     635

Türkiyə Kubokunda ilk finalçı müəyyənləşib.

Redaktor.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk oyununda “Beşiktaş” öz meydanında “Konyaspor”u qəbul edib.

Gərgin keçən qarşılaşmanın taleyini bir qol həll edib. Enis Bardhi 90+8-ci dəqiqədə vurduğu qolla qonaqlara minimalhesablı qələbə qazandırıb.

Qeyd edək ki, “Konyaspor” finalda “Gənclərbirliyi” – “Trabzonspor” cütünün qalibi ilə üz-üzə gələcək.

Vumart və Güvən reklamı Vumart Güvən