UEFA Çempionlar Liqasında növbəti finalçı hansı komanda olacaq? - PROQNOZ

 17:32 06.05.2026     490

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Arsenal” doğma meydanda “Atletiko Madrid”i məğlub edib. Bu axşam isə UEFA Çempionlar Liqasında növbəti finalçı bəlli olacaq və yarımfinal mərhələsinin cavab oyununda Fransanın PSJ klubu Almaniyada “Bavariya”nın qonağı olacaq.

İdman jurnalisti Ağa Dadaşzadə Redaktor.az-a açıqlamasında bildirdi ki, PSJ ilk oyundakı üstünlüyü qoruyub saxlamağa çalışacaq:

"Amma "Bavariya" da təbii ki, öz təcrübəsindən istifadə edir. Hesab fərqini aradan qaldırmaq üçün maksimum səy göstərəcək. Bizi maraqlı oyun gözləyir. Hər iki komanda tərəfindən bol qollu qarşılaşma görə bilərik. Amma "Bavariya"nın gücünü unutmaq olmaz və "Bavariya" sürprizlərə imza atmağa çalışacaq. Komandanın baş məşqçisi Vinsent Kompani da tarix yazmağa səy göstərəcək".

Həmsöhbətimiz sonda vurğuladı ki, "Bavariya"nın qalib gələcəyinə inanır.

Xatırladaq ki, bu komandalar arasında ilk görüşdə fransızlar 5:4 hesabı ilə qalib gəlib.

Aytəkin TOFİQQIZI     

Vumart və Güvən reklamı Vumart Güvən