“Sabah” baş məşqçisi ilə yollarını ayırdı

 18:46 16.05.2026     291

“Sabah” Basketbol Klubu baş məşqçi Rimas Kurtinaytis ilə əməkdaşlığı qarşılıqlı razılıq əsasında başa çatdırıb.

Redaktor.az xəbər verir ki, bu haqda klub məlumat yayıb.

​“Rimas Kurtinaytis klubumuzda çalışdığı müddətdə peşəkarlığı, təcrübəsi və liderlik keyfiyyətləri ilə komandamızın inkişafına və uğurlarına mühüm töhfə verib. Onun rəhbərliyi altında komandamız ardıcıl üç dəfə ölkə çempionu olub. Azərbaycan basketbolunu beynəlxalq arenada uğurla təmsil edib”, - məlumatda deyilir.

Vumart və Güvən reklamı Vumart Güvən