“Mançester Siti” 8-ci dəfə İngiltərə Kubokunu QAZANDI

 20:38 16.05.2026     388

“Mançester Siti” İngiltərə Kubokunun finalında “Çelsi”ni 1:0 hesabı ilə məğlub edib.

Redaktor.az xəbər verir ki, Londondakı “Uembli” stadionunda keçirilən görüşdə yeganə qolu 72-ci dəqiqədə Antuan Semenyo vurub.

Beləliklə, “Mançester Siti” tarixində 8-ci dəfə İngiltərə Kubokunun qalibi olub.

Komanda bu göstəricidə “Çelsi”, “Liverpul” və “Tottenhem”lə eyni pilləyə yüksəlib.

Turnirin rekordçuları isə 14 titulla “Arsenal” və 13 kubokla “Mançester Yunayted”dir.

 

Vumart və Güvən reklamı Vumart Güvən