"Barselona" darmadağınla Çempionlar Liqasının qalibi OLDU

 22:36 23.05.2026     608

Qadınlar arasında futbol üzrə UEFA Çempionlar Liqasının final matçı keçirilib. 

Redaktor.az xəbər verir ki, İspaniyanın "Barselona" klubu Fransanın "Lyon" komandası ilə üz-üzə gəlib. Matçın ilk hissəsi qolsuz bərabərliklə keçib. İkinci hissədə "Barselona"nın hücumçuları Eva Pajor və Salma Paralluelo hərəyə iki qol vuraraq komandalarının 4:0 hesabı ilə qələbəsini təmin ediblər. 

Beləliklə, İspaniya nəhəngi "Barselona" dördüncü dəfə Avropa tacını qazanıb. 

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən