Qadın karateçimiz Avropa çempionu OLDU

 23:20 23.05.2026     490

Azərbaycanın qadın karateçisi Mədinə Sadıqova Almaniyanın Frankfurt şəhərində keçirilən böyüklər arasında Avropa çempionatında qızıl medal qazanıb.

Redaktor.az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bununla da, Mədinə Sadıqova Azərbaycanın karate tarixində böyüklər arasında Avropa çempionu olan ilk azərbaycanlı qadın karateçi kimi tarixə düşüb.

Vumart və Güvən reklamı Vumart Güvən