Acun Ilıcalının klubu İngilətərə Premyer Liqasında

 23:53 23.05.2026     329

Türkiyəli məşhur iş adamı Acun Ilıcalının sahibi olduğu "Hall Siti" klubu İngiltərə Premyer Liqasına vəsiqə qazanıb.

Redaktor.az xəbər verir ki, komanda pley-offun finalında "Midlsbro"nu məğlub etməklə buna nail olub.

Qarşılaşma "Hall Siti"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

90+5-ci dəqiqədə Oliver Makberni fərqlənib.

Xatırladaq ki, daha əvvəl "Koventri Siti" və "İpsviç" Premyer Liqaya vəsiqəni rəsmiləşdirib.

Vumart və Güvən reklamı Vumart Güvən