Bu gün Konfrans Liqasının qalibi bəlli OLACAQ

 09:24 27.05.2026     240

UEFA Konfrans Liqasının qalibi bu axşam bəlli olacaq.

Redaktor.az xəbər verir ki, final matçında İngiltərənin "Kristal Pelas" və İspaniyanın "Rayo Valyekano" komandaları üz-üzə gələcək.

Oyun Almaniyanın Leypsiq şəhərindəki "Red Bull Arena"da keçiriləcək.

Bakı vaxtı ilə saat 23:00-da start götürəcək qarşılaşmanı italiyalı FIFA referisi Mauritsio Mariani idarə edəcək.

Xatırladaq ki, UEFA Konfrans Liqasının qalibi növbəti mövsüm üçün UEFA Avropa Liqasının əsas mərhələsində iştirak hüququ qazanacaq.

Vumart və Güvən reklamı Vumart Güvən