Konfrans Liqasının möhtəşəm final matçı hansı kanalda yayımlanacaq?

 15:20 27.05.2026     234

Bu axşam UEFA Konfrans Liqasında möhtəşəm final matçı keçiriləcək.

Redaktor.az xəbər verir ki, gecənin qarşılaşmasında İngiltərənin "Kristal Pelas" klubu İspaniyanın "Rayo Valyekano" komandası ilə üz-üzə gələcək.

Almaniyada, "Red Bull Arena Leypziq"də keçiriləcək bu final qarşılaşmasını azərbaycanlı futbol azarkeşləri "CBC Sport" TV-də izləyə biləcəklər.

UEFA Konfrans Liqası

Final

27 may

23:00, "Kristal Pelas" - "Rayo Valyekano" ("CBC Sport" TV).

Vumart və Güvən reklamı Vumart Güvən