"Sabah" Şafranko ilə yollarını AYIRDI

 19:49 28.05.2026     297

“Sabah” klubu hücumçu Pavol Şafranko ilə yollarını ayırıb.

Redaktor.az xəbər verir ki, slovakiyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib.

Pavol 2024-cü ildən komandada çalışırdı. O, “Sabah”ın heyətində keçirdiyi 55 oyunda 18 qol vurub, 3 məhsuldar ötürmə edib.

Təcrübəli hücumçu “Sabah”la bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub.

Vumart və Güvən reklamı Vumart Güvən