Azərbaycan millisi bu gün İtaliya ilə qarşılaşacaq - Avropa çempionatı

 09:49 29.05.2026     310

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.

Redaktor.az xəbər verir ki, F qrupunda yer alan Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv İtaliya millisi ilə qarşılaşacaq.

“Tipos Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:45-də başlayacaq.

Qeyd edək ki, Azərbaycan yığması ilk turda Avstriyanı 1:0 hesabı ilə məğlub edib. İtaliya isə Fransa ilə qolsuz heç-heçə edib.

Vumart və Güvən reklamı Vumart Güvən