Çempionlar Liqasının qalibi bu komanda oldu - YENİLƏNİB

 23:02 30.05.2026     1340

UEFA Çempionlar Liqasının qalibi müəyyənləşib.

Redaktor.az xəbər verir ki, həlledici görüşdə "Arsenal" ilə üz-üzə gələn PSJ qələbə qazanıb.

Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da baş tutan matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib - 1:1.

Hesabı 6-cı dəqiqədə "topçular"ın heyətində Kay Haverst açıb. Matçın 65-ci dəqiqəsində Usman Dembele penalti zərbəsindən hesabı bərabərləşdirib.

Hər biri 15 dəqiqədən ibarət əlavə iki hissədə qalib müəyyənləşmədiyindən penaltilər seriyasına ehtiyac duyulub.

Burada daha dəqiq oynayan parislilər (4:3) ardıcıl ikinci dəfə qitənin ən nüfuzlu klub turnirinin qalibi olublar.

Qeyd edək ki, PSJ tarixində 3-cü dəfə UEFA Çempionlar Liqasının finalında iştirak edib. 2020-ci ildə həlledici qarşılaşmada Almaniyanın "Bavariya" komandasına uduzan (0:1) Fransa təmsilçisi ötən mövsüm "İnter"i (İtaliya) 5:0 hesabı ilə məğlub edərək turnirin qalibi adını qazanıb.

Sonuncu dəfə 2006-cı ildə finala yüksəlmiş "Arsenal" isə bu titulu ilk dəfə qazanmaq üçün mübarizə aparıb. Premyer Liqa təmsilçisi 20 il öncəki matçda "Barselona"ya (İspaniya) 1:2 hesabı ilə məğlub olub.

PSJ və Arsenal UEFA turnirlərində ümumilikdə 8 dəfə üz-üzə gəliblər.

***

11 metrlik zərbələr seriyasında PSJ daha dəqiq olur - 4:3.

Beləliklə, PSJ Çempionlar Liqasının qalibi oldu. 

***

Əlavə vaxt başa çatdı - 1:1.

Qalib 11 metrlik zərbələr seriyasında müəyyənləşəcək. 

***

Əlavə olunmuş ikinci 15 dəqiqə başladı.​

***

Əlavə olunmuş ilk 15 dəqiqə başa çatdı.​

***

Əsas vaxt başa çatdı.

Matçda əlavə vaxt oynanılacaq.

***

PSJ hesabı bərabərləşdirir.

Osman Dembele 65-ci dəqiqədə penaltidən fərqlənir.

***

İkinci hissə  başladı.

***

Fasilə.

***

“Arsenal” hesabı açdı.

Kay Haverz 6-cı dəqiqədə fərlqəndi.

***

Macarıstanın paytaxtı Budapeştdə UEFA Çempionlar Liqasının final matçı start götürüb.

Redaktor.az xəbər verir ki, "Puşkaş Arena" stadionunda keçirilən görüşdə turnirin son qalibi PSJ son İngiltərə çempionu "Arsenal"la qarşılaşır.

Matçı almaniyalı hakim Daniel Zibert idarə edir.

Matç başladı.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən