“Sabah” onunla yollarını AYIRDI

 10:45 31.05.2026     275

“Sabah” futbolçusu Cesse Sekidika ilə yollarını ayırıb.

Redaktor.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, nigeriyalı futbolçunun mövsümün sonunda başa çatan müqaviləsinin müddəti yenilənməyib.

Cesse Sekidika “Sabah”ın tarixində mühüm rol oynamış futbolçulardandır. O, klubun heyətində bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub. Sekidika “Sabah”da ümumilikdə 107 oyun keçirib. O, bu matçlarda 21 qol və 18 məhsuldar ötürmə ilə fərqlənib.

 

Vumart və Güvən reklamı Vumart Güvən