Türkiyə 4 qolla qələbə QAZANDI

 23:37 01.06.2026     299

DÇ-2026-ya hazırlaşan Türkiyə milli komandası bu gün Şimali Makedoniya yığması ilə yoxlama oyunu keçirib.

Redaktor.az  xəbər verir ki, “ay-ulduzlular”ın rəqibi Şimali Makedoniya komandası olub. Qarşılaşma İstanbulda “Şükrü Saracoğlu” stadionunda baş tutub.

Görüş Bakı vaxtı ilə saat 21:30-da başlayıb.

Matç Türkiyə millisinin üstünlüyü ilə keçib və 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Türkiyə millisi mundiala hazırlıq çərçivəsində növbəti və sonuncu oyunda iyunun 7-də Venesuela millisi ilə üz-üzə gələcək.

Xatırladaq ki, Türkiyə millisi DÇ-2026-da ABŞ, Paraqvay və Avstraliya ilə D qrupunda mübarizə aparacaq.

Vumart və Güvən reklamı Vumart Güvən