Millimiz Çexiyanı məğlub edərək yarımfinala YÜKSƏLDİ

 01:18 03.06.2026     357

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

Redaktor.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/4 finalda Çexiyanı məğlub edib.

"Tipos Arena"da keçirilən qarşılaşma 5:2 hesabı ilə bitib.

Komandanın qollarını Eşqin Tağıyev (2), Təmkin Xəlilzadə, Ramiz Çovdarov və Məhəmməd Xəlilov vurublar.

Raundun digər matçlarında Macarıstan Bolqarıstanı (4:0), Ukrayna Gürcüstanı (4:0), Serbiya Rumıniyanı (6:4) məğlub edib.

Xatırladaq ki, daha əvvəl F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransaya (3:2) qalib gələn Azərbaycan millisi 1/8 finalda Qazaxıstanı üstələyib - 3:2.

Vumart və Güvən reklamı Vumart Güvən