Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatının finalına vəsiqə QAZANDI

 09:34 04.06.2026     281

Minifutbol üzrə Azərbaycan millisi bu gün Avropa çempionatında yarımfinal matçına çıxıb.

Redaktor.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv Serbiya ilə üz-üzə gəlib.

Görüşün əsas vaxtı 1:1 hesablı bərabərliklə bitib.

Oyunsonrası penaltilər seriyasında daha dəqiq oynayan millimiz adını finala yazdırıb.

Komandamız final görüşündə Ukrayna millisi ilə qarşılaşacaq. Görüş 4 iyunda baş tutacaq.

Qeyd edək ki, Ukrayna millisi yarımfinal matçında Macarıstanı məğlub edib – 5:1.

Vumart və Güvən reklamı Vumart Güvən