“Qəbələ” kapitanı ilə yolları AYIRDI

 18:27 04.06.2026     219

"Qəbələ" klubu futbolçusu Murad Musayevlə mövsümün sonunda müddəti başa çatan müqaviləni yeniləməyib.

Redaktor.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Qəbələ" Futbol Akademiyasının yetirməsi olan müdafiəçi 2012/2013 mövsümündə Azərbaycan Premyer Liqasında debüt edib. O, komandanın heyətində ölkə çempionatında və kubokunda 173 oyunda 4 qol vurub.

Murad Musayev "Qəbələ"də 2023-cü ildə Azərbaycan Kubokunun qalibi olub.

Vumart və Güvən reklamı Vumart Güvən