Azərbaycanın minifutbol millisi Avropa çempionu OLDU
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının qalibi olub.
Redaktor.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv finalda Ukrayna seçməsini məğlub edib.
"Tipos Arena"dakı oyun 2:0 hesabı ilə bitib.
Komandanın qollarına Mirmehdi Rzayev və İsa Atayev imza atıb.
Beləliklə, bu, minifutbol üzrə Azərbaycan millisinin 2-ci Avropa çempionluğudur. Yığmamız 2022-ci ildə də qitənin ən güclüsü olmuşdu.
Xatırladaq ki, Azərbaycan millisi ötən gün əsas vaxtı 1:1 hesabı ilə bitən yarımfinal görüşünün penaltilər seriyasında Serbiya seçməsini üstələyib - 3:1. F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən komanda 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda isə Çexiyanı (5:2) məğlub edib.













