“Şəfa”nın baş məşqçisi bəlli OLDU

 17:47 05.06.2026     235

“Şəfa” futbol klubu yeni baş məşqçisinin adına aydınlıq gətirib.

Redaktor.az xəbər verir ki, komandanın sükanı arxasına Zaur Həşimov keçib.

Tərəflər arasında aparılan danışıqlar uğurla yekunlaşıb və mütəxəssislə 3 illik müqavilə imzalanıb. Müqavilənin imzalanma mərasimində klubun prezidenti Kənan Sadıqlı da iştirak edib.

Zaur Həşimov “Şəfa” üçün tanış simadır. O, futbolçu karyerası dövründə bu klubun formasını geyinib və 2000/2001 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.

44 yaşlı mütəxəssis məşqçilik fəaliyyətində “Qəbələ” və “Zirə” klublarında çalışıb. Həşimov eyni zamanda Bakı təmsilçisinin baş məşqçisi olub, həmçinin Azərbaycanın U-18 milli komandasına rəhbərlik edib.

Qeyd edək ki, Zaur Həşimovun qarşıdakı üç il ərzində “Şəfa”nın inkişafı və qarşıya qoyulan hədəflərin reallaşdırılması istiqamətində çalışacağı gözlənilir.

Vumart və Güvən reklamı Vumart Güvən