Millimiz dünya çempionatının 1/4 FİNALINDA

 23:10 05.06.2026     278

Bu gün 3x3 basketbol üzrə qadın millimiz Polşanın paytaxtı Varşava şəhərində keçirilən dünya çempionatının pley-in mərhələsində Litva seçməsinə qarşı oyuna çıxıb.

Redaktor.az xəbər verir ki təmsilçimiz əlavə vaxta gedən oyunda Litva millisinə 14:12 hesabı ilə qalib gələrək, 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, millimiz 1/4 finalda Almaniya seçməsi ilə qarşılaşacaq. Oyun 6 iyun Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq.

Vumart və Güvən reklamı Vumart Güvən