“Beşiktaş”a yeni baş məşqçi GƏLDİ

 19:35 06.06.2026     399

Türkiyə təmsilçisi “Beşiktaş” yeni baş məşqçi Vinçenzo İtalyanonun təyinatını açıqlayıb.

Redaktor.az xəbər verir ki, italiyalı mütəxəssislə 2028-ci ilə qədər müqavilə imzalanıb.

48 yaşlı məşqçi son iki mövsümdə “Bolonya”nı çalışdırıb. O, daha əvvəl “Fiorentina” və “Spezia” klublarında da baş məşqçi kimi fəaliyyət göstərib.

Qeyd edək ki, “Beşiktaş” ötən mövsüm Türkiyə Superliqasını 4-cü pillədə başa vurub.

Vumart və Güvən reklamı Vumart Güvən