Avropa çempionu olan Azərbaycanın minifutbol millisi azarkeşlərlə GÖRÜŞƏCƏK

 12:47 07.06.2026     291

Slovakiyanın paytaxtı Bratislavada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan milli komandası bu gün azarkeşlərlə bir araya gələcək.

Bu barədə Redaktor.az-a Azərbaycan Minifutbol Federasiyasından məlumat verilib.

Komanda üzvləri saat 17:30-da Qənimətlər Parkının qarşısında toplaşacaq. Sonra onlar üçün ayrılmış xüsusi avtobusla şəhər turuna çıxaraq çempionluq sevincini azarkeşlərlə bölüşəcəklər.

Xatırladaq ki, Azərbaycanın minifutbol millisi Avropa çempionatının finalında Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edib.

Vumart və Güvən reklamı Vumart Güvən