Türkiyə dünya çempionatına məğlubiyyətlə başladı - YENİLƏNİB
Matç bitdi. Türkiyə millisi Avstraliyaya məğlub oldu.
***
75-ci dəqiqədə Avstraliya ikinci qolunu vurdu - 2:0.
Bu dəfə Konor Metkaf fərqləndi.
***
İkinci hissə başladı.
Türkiyə millisinin heyətində Barış Alper meydandan çıxarılır, onun əvəzinə Kənan Yıldız meydana daxil olur.
***
Oyunda ilk hissə başa çatdı - 1:0.
***
Matçın 27-ci dəqiqəsində Avstraliya hesabı açır - 1:0.
Qolu 17 nömrəli hücumçu Nestori İrankunda vurdu.
***
Futbol üzrə dünya çempionatında növbəti oyun keçirilir.
Redaktor.az xəbər verir ki, D qrupunda Avstraliya və Türkiyə komandaları üz-üzə gəlir.













