"Böyük qələbədir, davam et!" - Donald Trampdan ABŞ milli komandasına TƏBRİK

 09:43 14.06.2026     250

ABŞ Prezidenti Donald Tramp milli komandanı təbrik edib

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ prezidenti özünün "Truth Social" sosial şəbəkə səhifəsində məlumat paylaşıb.

Məlumata görə, dövlət başçısı ABŞ milli komandasını 2026-cı il dünya çempionatının qrup mərhələsinin ilk turunda Paraqvay üzərində qazandıqları parlaq qələbə münasibətilə təbrik edib.

Onun sözlərinə görə, qarşı tərəf kifayət qədər ciddi rəqib olsa da, ABŞ yığması inamlı oyun nümayiş etdirib.

Bildirilib ki, Tramp öz paylaşımında "Çox güclü Paraqvay komandası üzərində 4-1 hesablı böyük qələbə münasibətilə ABŞ komandasını təbrik edirəm. Davam et!" sözlərini qeyd edib.

Xatırladaq ki, bu qələbə ilə ABŞ komandası dünya çempionatının qrup mərhələsinə uğurlu bir başlanğıc edib.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən